AZ

Paşinyan Putinin andiçmə mərasiminə getməyəcək

Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə saat 12.00-da baş tutacaq.
 
Yenisabah.az xəbər verir ki, Rusiyada keçirilən prezident seçkilərindən sonra gündəmdə olan məsələlərdən biri də Nikol Paşinyanın mərasimdə iştirak etmək üçün Rusiyaya gedib-getməyəcəyidir.
 
MediaHub mənbələri iddia edir ki, hazırda tədbirə getməmək qərarı verilib. "Ermənistan mahiyyətcə, bir daha göstərmək istəyir ki, müttəfiq kimi Rusiyadan narazıdır".
 
Saytın mənbəsinin məlumatına görə, Paşinyan yalnız mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etmək üçün Rusiyada olacaq. Ancaq Paşinyan mayın 9-da Qələbə günü ilə bağlı təşkil olunan tədbirlərdə iştirak etməyəcək: bu, artıq Qərbin tələbidir".
Seçilən
30
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq