AZ

Türkiyə hökuməti İslam maliyyəsinin gələcək inkişafına dəstək verməyə hazırdır - Mehmet Şimşək

Ər-Riyad. Trend:

Türkiyə hökuməti ölkə daxilində İslam maliyyəsinin gələcəkinkişafına dəstək verməyə hazırdır.

Trend xəbər verir ki, bunuTürkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşək İslam İnkişafBankı Qrupunun (İİB) Ər-Riyadda keçirilən illik toplantılarıçərçivəsində keçirilən panel müzakirələrində çıxışı zamanıdeyib.

"İslam maliyyəsi bir kanal olaraq Türkiyə vətəndaşları üçüngeniş şəkildə mövcuddur. Bu xidmətləri göstərən bir sıra maliyyəqurumları var. Lakin təbii ki, ənənəvi maliyyə üstünlük təşkiledir. Əvvəllər biz məhsul təklifini təkmilləşdirə biləcəyimizi, buqurumların daha mühüm rol oynamasına kömək edə biləcəyimizi görməküçün çox çalışdıq", - o deyib.

Nazir qeyd edib ki, bütün dövlət banklarının islam maliyyəsixidmətləri göstərən törəmə müəssisələri var.

"Təbii ki, biz bu qurumlara inamı artırmağa görə təklifetdiyimiz məhsulları təkmilləşdirmək üçün yaxından işləyirik. Bu,tələbdən irəli gəlir. Bəli, təchizat vacibdir. Amma düşünürəm ki, -hökumətə, tənzimləyici bazaya gəldikdə, biz əlimizdən gələni etməyəçalışdıq. Maliyyə institutları əlavə məhsullar hazırlamalı, buməhsulları tanıtmalı və ictimaiyyəti daha yaxşı xidmət məhsullarınamalik olduğuna inandırmalıdır", Mehmet Şimşək vurğulayıb.

O qeyd edib ki, bu, daha çox bazarın təsiri altındadır.

"Amma bizim siyasətimizə gəldikdə, biz, şübhəsiz ki,diversifikasiyaya maraq görürük, çünki İslam maliyyəsininözünəməxsus xüsusiyyətləri var və buna görə də maliyyə strukturunungenişləndirilməsində fayda görürük. İnanıram ki, gələcək irəliləyişinstitusional səy tələb edir və əgər biz tənzimləmə və digərməsələlərdə hər hansı bir şəkildə kömək edə bilsək, bunu mütləqdəstəkləyəcəyik", - o əlavə edib.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (SəudiyyəƏrəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə ƏrəbistanınınKralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslamİnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyikeçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu "Keçmişə dəyərverərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik vətərəqqi"dir. Bu görüşlər Bankın üzv ölkələrdə sosial-iqtisadiinkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini əksetdirir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrininiştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsiplanlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcıçoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalqvə regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlərhökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm vəvətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakıilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma vəmaliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyəinstitutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq vəregional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənayepalataları və biznes şuralarının nümayəndələri iştirak edirlər.

(Tərcümə: Gülnarə Kərimova)

Seçilən
57
1
Mənbələr
Şərh ()
Bağla