AZ

“Azərbaycanda toxunulmaz şəxs yoxdur və bundan sonra da olmayacaq”

Əliməmməd Nuriyev: “Qanunu pozan kəs kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb olunacaq”

 

“Azərbaycanda toxunulmaz şəxsi yoxdur və bundan sonra da olmayacaq. Bugünə qədər bir çox yüksək vəzifəli şəxsin törətdiyi korrupsiya və digər qanun pozunularına görə məsuliyyətə cəlb edilməsi bunun ən böyük təsdiqidir”.

 

Bunu Moderator.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib. Hüquqşünas qeyd edib ki, bundan sonra da qanunu pozan, korruipsiyaya, rüşvətə, digər neqativ əməllərə yol verənlər kimliyindən asılı olmayaraq cəzalanacaq:

 

“Azərbaycan hüquqi dövlətdir və rüşvətə, korrupsiyaya qarşı mübarizədə böyük uğurlar əldə edib. Bu sahədə dövlətimizin qəti, prinsipial mövqeyi mövcuddur. İstər qanunvericilik sahəsində, istərsə də praktik sahədə görülən işlər buna nümunədir.

 

Bundan sonra da qanunu pozan, neqativ əməllər törədən, rüşvətə, korrupsiyaya yol verən şəxslər kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb olunacaq, qanun qarşsında cavab verəcəklər. Qanun da, əxlaq da, dövlətimizin maraqları da bizdən bunu tələb edir!”

 

Seymur ƏLİYEV

 

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla