AZ

Daha təhlükəli sualtı silahlar istifadəyə verilir - Foto

Daha

Rusiyanın Ukraynaya hücumundan sonra klassik müharibə taktikası ciddi şəkildə dəyişib. “Bayraktar TB2”-nin gündəmə gəldiyi müharibədə pilotsuz uçan aparatlardan (PUA) atılan raketlər onlarla son model rus tankını asanlıqla məhv etməyi bacarıb. Bundan sonra Moskva da döyüş taktikasını dəyişib və İrandan aldığı intiharçı pilotsuz təyyarələrlə Ukraynaya hücumlar edir.

Reyting.az
-ın xəbərinə görə, Britaniya mediası bu konteksdə diqqəti ABŞ Hərbi Dəniz Qüvvələrinin son illərdə pilotsuz sualtı qayıqlar istehsal etməyə çalışmasına çəkir və Avstraliyadan nümunə göstərir.

Avstraliya ordusunun “Kabus köpəkbalığı” adı ilə pilotsuz sualtı qayığını manşetlərə çıxaran Britaniya mediası yazır ki, sözügedən qayıq avtobusdan kiçikdir. Buna baxmayaraq, “Kabus köpəkblığı” mina daşıya, düşmən sualtı qayıqlarını məhv edə və gəmiləri asanlıqla vura bilir.



Hazırda ABŞ Hərbi Dəniz Qüvvələri Sakit və Atlantik okeanları boyunca minlərlə kilometr qət edə və aylarla münaqişə zonalarında qala bilən iri, insanlı nüvə enerjili sualtı qayıqlardan istifadə edir. Bununla belə, nüvə sualtı qayıqlarının istismarı kifayət qədər bahalıdır və intensiv texniki xidmət tələb edir. Məsələn, 377 metrlik Virciniya sinfinə aid hücum sualtı qayığı 2 milyard dollara başa gəlir və ən yaxşı şəraitdə inşası 18 ay çəkir.

Avstraliyanın bu addımı ilə ən mühüm müttəfiqi olan ABŞ-nin bu boşluğu robot sualtı qayıqlarla doldurula bilər. 30 milyon dollar dəyəri ilə ABŞ müşahidəçilərini təəccübləndirən “Kabus köpəkbalığı” önümüzdəki günlərdə seriyalı istehsala keçəcək. Digər tərəfdən, dünyaca məşhur təyyarə şirkəti “Boeing” bir müddətdir ABŞ üçün “Orca” adında mini sualtı qayıq istehsal edir. 100 milyon dollar dəyərində olan “Orca” hələ də prototip mərhələsindədir və beş ildən sonra ABŞ ordusunun inventarına qoşulacağı gözlənilir. Bu qayıqların ölçüsü təxminən 25 metrdir.

V. QULİYEV
Seçilən
13
Mənbələr
Şərh ()
Bağla