AZ

9-cu dəfə burun əməliyyatı etdirdi

Türkiyəli müğənni Murat Dalkılıç 9-cu dəfə burun əməliyyatı etdirib.

OLAY yazır ki, uzun zaman sonra ilk dəfə görüntülənən ifaçının yeni halı sosial mediada müzakirələrə səbəb olub. İzləyiciləri onu mərhum dünyaca məşhur müğənni Maykl Ceksona bənzədiblər.

Qeyd edək ki, Dalkılıç ötən illərdə verdiyi açıqlamasında məktəb vaxtlarından burun estetiki etdirdiyini söyləmişdi. “Mənim bir xəstəliyim var. Burun sümüklərimdə problem var. Həkim o sümükləri çıxaranda qığırdaqlarımı da götürüb. Oramdan-buramdan sümüklər götürüb burnuma əlavə edirlər”, - deyə, Murat bildirmişdi.

Seçilən
37
2
Mənbələr
Şərh ()
Bağla