AZ

Yanvar-mart Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart ayında Türkiyədə Azərbaycan kapitalıilə 50 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrüilə müqayisədə 19 şirkət azdır.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından(TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınanAzərbaycan şirkətlərinin sayının azalması ilə yanaşı, onların ümumikapitalı da azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycanşirkətlərinin məcmu kapitalı 28,5 milyon türk lirəsi olduğu halda,2023-cü ilin eyni dövründə bu rəqəm 70,5 milyon türk lirəsi təşkiledib”, - deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-mart ayındaAzərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (42) qeydiyyataalınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumikapitalı 26,1 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeydedilib.

Məlumata əsasən ki, 2024-cü ilin yanvar-mart ayında TürkiyədəAzərbaycan kapitalı ilə 26 ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirakedir.

Məqalədə:
Seçilən
10
5
Mənbələr
Şərh ()
Bağla