AZ

Mir Cəlal adına IV Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 29 aprel, AZƏRTAC

Onu əbəs yerə böyük hekayə ustası hesab etmirlər. “Radio qabağında”, “Vətən oğlu”, “Baldan əvvəl”, “Gülbəsləyən qız”, “Titrək bir səs” “Badam ağacları”, “Muştuluq” və digər yaddaqalan hekayələrin müəllifi olan görkəmli yazıçı Mir Cəlal Paşayev həyatı boyu 300-ə yaxın hekayə qələmə alıb. Həmin əsərlərdə o, lirik-romantik, lirik-psixoloji, lirik-dramaturji hekayələrin ən gözəl nümunələrini yaradıb. Ənənəvi olaraq “Ədibin Evi” hekayə janrının inkişafına töhfə vermək məqsədilə Mir Cəlal adına hekayə müsabiqəsi təşkil edir. Növbəti tədbir də müsabiqə qaliblərinə həsr olunmuşdu.

AZƏRTAC xəbər verir ki, aprelin 29-da “Ədibin Evi”ndə Mir Cəlal adına IV Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə çıxış edən “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva Mir Cəlalın bənzərsiz yaradıcılığından, xüsusilə onun Azərbaycan ədəbiyyatında hekayə janrının inkişafına verdiyi töhfələrdən söhbət açıb. Qeyd edib ki, Mir Cəlal XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin başladığı hekayəçilik ənənələrinin ən uğurlu davamçısı kimi Azərbaycan ədəbiyyatında “kiçik hekayənin böyük ustası” adını qazanıb.

Ş.Mehrəliyeva qeyd edib ki, dördüncü müsabiqə barədə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən ötən il noyabrın 1-də elan verilib və hekayələrin qəbulu bu il martın 1-dək davam edib. Müsabiqə həm peşəkar, həm də həvəskar yazarlar üçün açıq olub. Hekayə mövzusu sərbəst idi: “Görkəmli Azərbaycan yazıçısı, ədəbiyyatşünas və pedaqoqu Mir Cəlalın doğum günü ərəfəsində müsabiqəyə ənənəvi olaraq yekun vurulur. Builki müsabiqədə 230 müəllifin 261 hekayəsi nəzərdən keçirilib. Ümumilikdə isə 2017-ci ildə təsis edilən Mir Cəlal adına Hekayə Müsabiqəsinə bu günə qədər 1500-ə yaxın hekayə təqdim olunub. Ədəbiyyatda hekayə janrına son zamanlar artan marağı nəzərə alaraq, iki ildən bir keçirilən müsabiqə 2023-cü ildən başlayaraq hər il təşkil edilir”.

Qeyd olunub ki, Xalq yazıçısı Elçinin sədrliyi ilə görkəmli yazıçı, ədəbiyyatşünas, ədəbi tənqidçilərdən ibarət münsiflər heyəti müsabiqəyə təqdim edilən hekayələri mərhələli şəkildə qiymətləndirdikdən sonra qaliblərlə bağlı yekdil qərar verilib.

Tədbirdə çıxış edən müsabiqənin münsiflər heyətinin üzvi, şair-yazıçı Aqşin Yenisey Mir Cəlal adına Hekayə Müsabiqəsinin keçirilməsini Azərbaycan yazılı dilinin yaşadılması, hekayə janrının inkişafı, gənc istedadlı nasirlərin üzə çıxarılması, tanıdılması baxımından yüksək qiymətləndirib.

Tədbirdə müsabiqənin münsiflər heyətinin üzvü olmuş, mərhum alim, professor Şirindil Alışanlının da xatirəsi anılıb və şair Fərid Hüseyn onun bir alim kimi elmi axtarışlarının Azərbaycan ədəbiyyatşünaslığının inkişafına verdiyi töhfələrdən danışıb.

Fərid Hüseyn özünün hazırladığı və Şirindil Alışanlının “Ön söz” yazdığı Mir Cəlalın böyük şairimiz Nizamiyə həsr etdiyi elmi əsərlərinin toplusu olan “Nizami Gəncəvi dünyası” kitabının ilk nüsxəsini iştirakçılara təqdim edib.

Sonra qaliblər mükafatlandırılıb.

Müsabiqədə Asim Arazlı “Kələntər dayı”, Aliq Məmmədov “Naqafil alver” və Aysel Şıxlı “Sonsuzadək gülümsəyən uşaq” adlı hekayələrinə gərə 3-cü yerə layiq görülüblər. “Yanğınların dili olsa” hekayəsinin müəllifi Nuranə Abbasova və “Heyvagülü” adlı hekayəsinə görə Yaşar Əhmədov müsabiqədə ikinci yeri tutublar. Münsiflərin yekdil rəyi ilə Mir Cəlal adına hekayə müsabiqəsində birinci yerə Leyla Əliyevanın “İşıq” hekayəsi layiq görülüb.

Mükafat fondu I yer üçün 3000 manat, II yer üçün 2000 manat, III yer üçün 1000 manat nəzərdə tutulub.

Qalibləri təbrik edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev bildirib ki, bu müsabiqə yeni-yeni nasirlərin tanınmasına və onların öz qələmlərini hekayə janrında sınamasına təkan verib. Müsabiqənin Azərbaycan ədəbiyyatının inkişafına xidmət etdiyini söyləyən Hafiz Paşayev ədalətli seçimə görə münsiflərə təşəkkürünü bildirib.

Sonda Milli Aviasiya Akademiyasının tələbəsi Nazim Əzimlinin pianoda səsləndirdiyi ifalar alqışlarla qarşılanıb.

Seçilən
42
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27101
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26534
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18149
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17890
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14479
Sabah 20 dərəcə isti olacaq
9792
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8926
May ayında Azərbaycana qar yağdı - VİDEO
8911
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8674
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8524
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7332
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7161
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6974
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6632
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6535
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6490
Azərbaycan nefti ucuzlaşıb
6105
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6081
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5887