AZ

Pakistanda kömür mədənində partlayış: yaralananlar və itkin düşənlər var

Bakı. Trend:

Pakistanın Hayber-Paxtunxva əyalətinin Kurram rayonunda kömürmədənində partlayış baş verib.

Trend bu barədə xariciKİV-lərə istinadən xəbər verir.

Məlumata görə, partlayış nəticəsində azı dörd şaxtaçı yaralanıb,ikisi itkin düşüb. Hadisənin səbəbi hələ müəyyən edilməyib.

Qeyd edilir ki, hadisə yerində xilasetmə əməliyyatı davam edir.Dörd şaxtaçı xilas edilərək yaxınlıqdakı xəstəxanayayerləşdirilib.

Məqalədə:
Seçilən
43
11
Mənbələr
Şərh ()
Bağla