AZ

“Mayın sonuna kimi bir neçə Aİ ölkəsi Fələstini tanıyacaq” – Borel


“Bir sıra Avropa İttifaqı ölkələri may ayının sonuna qədər Fələstini müstəqil dövlət kimi tanımaq niyyətindədir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi sessiyası çərçivəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel deyib.
“Bir neçə Avropa ölkəsinin may ayının sonuna qədər Fələstin dövlətini tanıması gözlənilir”, - Borel bildirib.
Eyni zamanda, Aİ diplomatiyasının rəhbəri bunu hansı ölkələr olduğunu dəqiqləşdirməyib.
Qeyd edək ki, hazırda Fələstin BMT-yə üzv olan 193 ölkədən 140-ı tərəfindən müstəqil dövlət kimi tanınıb. Avropa dövlətləri arasında Fələstinin müstəqilliyini Bolqarıstan, Macarıstan, Kipr, Malta, Polşa, Rumıniya, Slovakiya, Çexiya və İsveç tanıyır. Bundan əvvəl İrlandiya, İspaniya, Norveç və Sloveniya hakimiyyətləri Fələstini tanımaq niyyətlərini açıqlayıblar.
Seçilən
87
2
Mənbələr
Şərh ()
Bağla