AZ

Balakəndə rəqs müsabiqəsində 85 iştirakçı yarışıb

Balakən, 29 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Beynəlxalq Rəqs Günü münasibətilə aprelin 29-da Balakən rayon Mədəniyyət Mərkəzində “Birlikdə rəqs edək” adlı müsabiqə keçirilib. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Balakən rayon Komitəsinin dəstəyi ilə reallaşan müsabiqədə 3 nominasiya üzrə 85 yeniyetmə və gənc rəqs bacarığını nümayiş etdirib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Mədəniyyət Mərkəzindən məlumat verilib.

Müsabiqədə iştirak edən fərdi ifaçıların və rəqs qruplarının çıxışlarını tərkibinə xoreoqrafların da daxil olduğu münsiflər heyəti qiymətləndirib. Rəqs müsabiqəsində ilk üç yeri tutan ifaçılar kubok və diplomlarla, digər iştirakçılar isə həvəsləndirici diplomlarla mükafatlandırılıblar.

Seçilən
58
1
Mənbələr
Şərh ()
Bağla