AZ

Ukraynada dinc sakinlər arasında qurbanların sayı kəskin artıb - Britaniya kəşfiyyatı

Ukraynada mart ayında Rusiyanın işğalı nəticəsində mülki əhalinin sayı kəskin artıb.

HİT.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının məlumatına görə, 2024-cü ilin martında 604 mülki şəxs həlak olub və ya yaralanıb - bu, fevral ayı ilə müqayisədə 20% çoxdur.

"Bu ölümlər bütün Ukrayna ərazisində raket və hava hücumları və cəbhələrdə bombardmanların artması ilə izah olunur. Hesabatda vurğulanır ki, Ukraynanın mühüm infrastruktur obyektlərinə koordinasiyalı zərbələr daha tez-tez baş verib: 20 obyekt dağıdılıb və ya zədələnib", deyə hesabatda qeyd edilir.

Bundan əlavə, fevral ayı ilə müqayisədə öldürülən uşaqların sayı iki dəfə artıb və bunun birbaşa Rusiyanın havadan sursatlardan istifadə etməsi ilə bağlı olduğu bildirilir.

Ümumilikdə, BMT Monitorinq Missiyasının məlumatına görə, 24 fevral 2022-ci il tarixində Rusiya Federasiyasına genişmiqyaslı işğalın başlanmasından bəri Ukraynada (Ukrayna və Rusiyanın nəzarətində olan ərazilər daxil olmaqla) 31 366 mülki şəxs zərər çəkib: 10 810 nəfər ölüb, 20 556 nəfər yaralanıb.

Samir

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla