AZ

75 yaşlı Alla Puqaçova görənləri heyrətləndirdi - FOTO

Rus pop primadonna Alla Puqaçova əri, komediya ustası Maksim Qalkinlə (Rusiyada xarici agent kimi tanınır) Kiprdə görüntülənib.


Sfera.az "Ura.ru"ya istinadən xəbər verir ki, 75 yaşlı müğənninin xarici görünüşü pərəstişkarları arasında müzakirə obyektinə çevrilib.


“Fotoda Puqaçova arıq və yorğun görünür. Sənətçi yaşıl zolaqlı kostyum geyinib. Bu geyim daha çox gecə paltarına bənzəyir”, - sosial şəbəkə istifadəçiləri fotoya şərh bildirib.
 

Qeyd olunur ki, Ukraynada davam edən müharibəyə görə Rusiya hakimiyyətini kəskin tənqid edən məşhur müğənni İsraildən Kiprə köçüb.
 

Başqa bir istifadəçi qeyd edib ki, müğənninin vəziyyətinə əsasən, ona ancaq ən xoş arzular diləmək lazımdır. Başqalarının fikrincə, Puqaçova vətənə xəyanət edərək dünyanın o biri tərəfinə “gənc ərinin dalınca qaçmamalıdır”.

İnci
sfera.az

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla

Reytinq