AZ

Sevincin başı azyaşlı qızının qarşısında kəsilib - TƏFƏRRÜAT - VİDEO

Abşeron rayonunun Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsində qətl hadisəsi baş verib.

48 yaşlı Sevinc Əhmədağayevanın ölümündə 50 yaşlı həyat yoldaşı Laçın Əhmədağayev şübhəlidir.

Mərhumun qonşusunun sözlərinə görə, cütlük arasında indiyədək heç bir söz-söhbət olmayıb:

“Laçının arvadını qətlə yetirməsini eşidəndə şoka düşdüm. Beş ilə yaxındır burada olurlar, heç vaxt mübahisə etdiklərini görməmişəm. Çox sakit gəlin idi. Yoldaşı da pis deyildi. Qızlarının üç yaşı olacaq. Belə dedilər ki, başı kəsilib”.

Oxu.Az yazır ki, şübhəli şəxs Oğuz rayonunun Yemişənli kəndindəndir.

Laçın Əhmədağayev uzun illər Rusiyanın Norilsk şəhərində yaşayıb.

Məlumata görə, o öz qardaşı ilə mübahisə edib. Qətlə yetirilən Sevincin qaynı arvadı isə ona yoldaşının onların evinə gələrək söz-söhbət saldığını deyib.

Sevinc də yaxşılıq etmək məqsədilə yoldaşına qardaşının işinə qarışmamasını söyləyib. Kişi bundan hiddətlənib və hadisə baş verib.

Qeyd edilir ki, qadının başı cütlüyün üç yaşlı övladının gözü qarşısında kəsilib. Sevinc Əhmədağayeva bu gün Oğuz rayonunda dəfn olunub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Laçın Əhmədağayev şübhəli şəxs qismində tutulub.

Seçilən
72
14
Mənbələr
Şərh ()
Bağla

Reytinq