AZ

Telefonsuz qalmaq qorxusu– Nomofobiya


Hər gün, hər saat smartfondan istifadə insan psixikasında dərin iz qoyur və asılılıq yaradır.


“Medicina” xəbər verir ki, psixiatr Viktor Rudov telefon asılılığının xəstəliyə çevrildiyini bildirib.


“Nomofobiya – telefonundan ayrılmaq, ayrı düşmək, telefonsuz qalmaq qorxusudur.


Telefonun zərərləri az deyil: yuxusuzluq, depressiya, təşviş, diqqət yayqınlığı, sosial fobiya, skolioz.

Üstəlik telefonsuz qalmaq qorxusu əlavə təşviş yaradır.

Hazırda bu sindromdan telefon istifadəçilərinin 3-də ikisi əziyyət çəkir.
Rəqəmsal asılılığı vaxtında saxlamaq lazımdır, çünki dərinləşsə yalnız psixiatrik metodlarla xilas mümkündür.

Psixikadan əlavə gadcetlərdən saatlarla istifadə beyini, empatiyanı və libidonu əzir.

Gündə 1 saat tam telefonsuz saat elan edin, 1 gün telefonu evdə unudun, kitab, kağız informasiyaya keçin, vizualcanlı seyri artırın”.

Aygün

Seçilən
124
8
Mənbələr
Şərh ()
Bağla