AZ

Elmar Baxşıyev: “Özümü Kaxaber Tsxadadze ilə müqayisə etmək istəmirəm“

– “Araz-Naxçıvan”da ilk qələbəmizdir. Amma daha çox komandamın meydançadakı intizamının olması məni sevindirir. Futbolçular bu gün əzmkarlıq göstərdilər. Bərabər səviyyəli oyun gördük. Komandamı təbrik edirəm. Qarşıdakı dörd matça hazırlaşacağıq.

İdmanxeber.az məlumat verir ki, bu sözləri  “Zirə” – “Araz-Naxçıvan” (0:1) görüşündən sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Elmar Baxşıyev səsləndirib. O, daha sonra sualları cavablandırıb:

– Rəşad Sadıqovla duelleriniz maraqlı olur. “Zirə”ni daha yaxşı incələyirsiz?

– Prinsipim Rəşad Sadıqovla deyil. Bu gün “Zirə” ilə “Araz-Naxçıvan” oynayırdı. Sadəcə hər ikimiz dinamik futbola üstünlük veririk. Əzmkarlıq öndə olur. Heç bir prinsip yoxdur. Biz də ilk qələbəmizi qazanmaq istəyirdik.

– Premyer Liqada qalmağı bacardınız, sabiq komandanız “Qəbələ” isə liqadan düşdü. Kaxaber Tsxadadze dedi ki, imicimi qurban verdim bura gəlməklə. “Qəbələ”nin düşməsində sizin nə qədər payınız var?

– Paya ayırmazdım. Əlbəttə ki, mən də o komanda ilə uğurlara çatmışdım, o komandada məşqçi kimi püxtələşdim. Mənim də payım var. Amma klub kompleks işi tələb edir. Səbəblər çoxdur. Mən də səbəblərdən burada danışsam, söhbət uzanacaq. Özümü Kaxaber Tsxadadze ilə müqayisə etmək istəmirəm. Üzərimə düşənin ən yaxşısını kluba verməyə çalışırdım. Təbii ki, “Qəbələ” Azərbaycan futbolu üçün dəyərli, böyük klubdur. Heç kim istəməz ki, Premyer Liqadan getsinlər. Mən də istəyərəm yüksək liqada qalsınlar, inkişaf etsinlər.

Seçilən
61
3
Mənbələr
Şərh ()
Bağla