AZ

Normal yaşam üçün aylıq bu qədər pul lazımdır - İqtisadçı

İctimaiyyətdə daha çox müzakirə olunan məsələlərdən biri, bəlkə də birincisi Azərbaycanda verilən pensiya və əməkhaqqının real məbləğidir. Vaxtaşırı təqaüdlər, maaşlar artırılır, lakin insanlar aldıqları maaş və pensiyaların normal dolanışıq üçün kifayət etmədiyini bildirir.

Belə olan halda isə sual yaranır: Azərbaycanda bir ailənin normal yaşaması üçün nə qədər gəlir olmalıdır?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli insanların tələbat və gözləntilərinin müxtəlif olduğunu qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda olan mövcud problem 2020-ci ildən bu yana inflyasiyanın pandemiya və digər səbəblərdən yüksəlməsidir:

“İnflyasiya insanların real gəlirlərini xeyli dərəcədə azaldıb. Dövlət və hökumət orqanları nə qədər minimum əməkhaqqını və təqaüdü artırmağa cəhd etsələr də, bu yöndə müəyyən müsbət addımlar atsalar da, inflyasiyanın yüksək olması, qiymətlərin daha sürətli artması bu artımdan məmnuniyyət hiss etməyə imkan vermir. Ona görə də bizdə bu məsələni ciddi elmi araşdırmalar əsasında həyata keçirmək lazımdır”.

İqtisadçı deyib ki, Azərbaycanda minimum istehlak zənbili, yaşayış minimumu anlayışlarının hesablanma qaydaları çox köhnədir:

“Ödənişlər həddindən artıq köhnə indikatorlarla hesablanır və bu da nəticə etibarilə minimum əməkhaqqına və təqaüdün hesablanmasına mənfi təsir göstərir. Çünki yaşayış minimumunu hesablayarkən reallıqlarla yox, Nazirlər Kabinetinin illər öncə qəbul etdiyi indikatorlarla hesablanır. Orada da çox böyük boşluqlar, problemlər var. Düşünürəm ki, bu problemin həlli məhz yaşayış minimumu ilə minimum istehlak zənbilinin düzgün hesablanmasından keçir. Onlar düzgün hesablansa, o zaman məlum olacaq ki, Azərbaycanda 18 yaşından yuxarı vətəndaşın yaşaması üçün ayda ən azı 500 manata ehtiyac var. Məsələn, 4 nəfərlik bir ailədə əgər 2 böyük və iki 18 yaşına çatmamış uşaq varsa, bunların təqribən gəlirləri 1500-2000 manat arası olmalıdır ki, bu, normal yaşayışı təmin etməyə imkan versin”.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26106
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26105
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18110
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
15910
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14327
Sabah 20 dərəcə isti olacaq
9525
May ayında Azərbaycana qar yağdı - VİDEO
8715
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8478
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8443
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
7559
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7154
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7124
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6808
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6461
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6414
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6358
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5978
Azərbaycan nefti ucuzlaşıb
5874
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5780