AZ

"Real" "Bavariya" ilə oyun üçün iştirak ərizəsini açıqladı

style='margin-bottom:10px;'>

"Real" Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə ilk matç üçün iştirak ərizəsini açıqlayıb. 

QOL.az klubun saytına istinadən xəbər verir ki, siyahıda uzunmüddətli zədədən qayıdan Tibo Kurtua da yer alıb.

Qapıçılar: Tibo Kurtua, Andrey Lunin, Kepa Arrisabalaqa

Müdafiəçilər: Dani Karvahal, Eder Militao, David Alaba, Naço Fernandes, Lukas Vaskes, Fran Qarsiya, Antonio Rüdiger, Ferlan Mendi

Yarımmüdafiəçilər: Cud Bellinqem, Toni Kroos, Luka Modriç, Eduardu Kamavinqa, Federiko Valverde, Orelyen Tçuameni, Dani Sebalyos, Arda Güler

Hücumçular: Vinisius Junior, Rodriqo, Xoselu, Brahim Dias. 

Qeyd edək ki, sabah keçiriləcək sözügedən oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla