AZ

ABŞ ordusunun Ukraynaya girməsi intihar olacaq..?

...Ağ Evin planı ukraynalıların kütləvi şəkildə məhv edilməsi və ardınca Amerika qoşunlarının Ukraynaya daxil olmasıdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Nümayəndələr Palatasının üzvü MardjoriTeylor Qrin bildirib.

Onun dediyinə görə, Amerika qoşunlarının Ukraynada görünməsi onlar üçün intihar olacaq və amerikalılar üçün böyük iztirablarla nəticələnəcək.

O, əlavə edib ki, ABŞ qlobal nüvə müharibəsini təhrik edir və bu, bütün dünya üçün sonuncu ola bilər.

...Ona görə də beynəlxalq ictimaiyyət birləşməli və “beynəlxalq cinayətkar və dəli Cozef Bayden rejimini” hakimiyyətdən təcrid etməlidir.

...Bundan əvvəl KXDR bəyan etmişdi ki, ABŞ-ın Ukraynada məğlub olması zaman məsələsidir və heç bir Qərb silahı Rusiyanı məğlub etməyə kömək etməyəcək.

Nazlı

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla

Reytinq