AZ

İntizam Komitəsi oyun zamanı siqaret çəkən AFFA nümayəndəsini cəzalandıracaq? - AÇIQLAMA

Dünən Premyer Liqanın XXXII turunda "Qəbələ" "Kəpəz"i qəbul edirdi.

Gəncə təmsilçisi 1:0 hesabı ilə qələbə qazanaraq çempionatda qalmağı rəsmiləşdirdi. Oyunda maraqlı hadisə yaşandı. AFFA nümayəndəsi Yavər Rəhimov qaydaları pozaraq stadionun A zonasında siqaret çəkib. Həmin görüntülər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi. Görəsən, hər dəfə qaydaları pozduğuna görə futbolçuları, klub rəsmilərini cəzalandıran İntizam Komitəsi Yavər bəyi də “radar”a salacaq? Sualımızı qurumun sədri Erkin Hüseynova ünvanlandırdıq. İntizam Komitəsinin rəsmisi məsələ ilə bağlı Offsideplus.az-a açıqlamasında bunları söylədi:

 “Ümumiyyəylə, stadion ərazisində siqaret çəkilməsinə icazə yoxdur. İntizam Komitəsi futbolçuları, komandanın rəsmi şəxslərini cəzalandıra bilər. AFFA rəsmiləri ilə bağlı səlahiyyət bizdə deyil. Onları AFFA nümayəndələri ilə işləyən qurum cəzalandıra bilər, İntizam Komitəsi yox”.

İradə Hatəmi

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla