AZ

“Soyunmaq, çılpaqlanmaq müasirlik deyil, xəstəlikdir” – SOSİOLOQ

Soyunmaq, çılpaqlanmaq müasirlik deyil, mədənilik deyil. Bu məsələlərdə qızları, gəncləri günahlandırmaq tələskənlikdir. Yəni biz qızları günahlandırmamalıyıq. Günah biz böyüklərdədir. Abırdan, həyadan, elə-bələ, ümumi pafoslu danışmaqla deyil. Biz gerək gənclərimizdə elə bir fikir yaradaq, mənəvibiyyat, onların təhsilini, dünyagörüşünü elə formalaşdıraq ki, onlar  belə suallar qarşısında aciz qalmasın.

Bu fikirləri “Müasir gənclərin geym tərzinin, çılpaqlığa meyillənməsinin avropalaşma, yoxsa mənəvi və əxlaqi dəyərlərin getdikcə yoxa çıxmasıdırmı?” sualını cavablandıran sosioloq Əhməd Qəşəmoğlu İnterpress.az-a açıqlamasında səsləndirib.

Onun sözlərinə gərə, geyim tərzinə görə gəncləri qınamaq olmaz, burada günahı böyüklərdə axtarmaq lazımdır.

“Bunun üçün uyğun qurumlar var, nazirliklər var, mədəniyyətə cavabdeh, gənclərə, təhsilə məsul olan qurumlar, məmurlar var. Çox təəssüf ki, bu məmurların özü axıra qədər bu məsələlər barədə aydın fikirə malik deyirlər.

İnsanın geyimi elə olmalıdır ki, üç cəhətdən zərəri olmasın. Birinci, insanın fiziki sağlamlığına ziyan gəlməsin. İkinci, mənəvi zənginliyinə, mənəviyyatına ziyan gəlməsin. Bir də əmək qabiliyyətinə, yaradıcılığına, münasibətlərin pisləşməsinə və s. əmək tələbatı məsələlərə ziyan gəlməsin.

Bu şərtlərin birini pozan hər hansı geyim müasil sayıla bilməz. Belə adamlar hansısa bir texnologiyanın qurbanı olur. Bu proseslərin arxasında həm gənclərimizin məlumatsızlığı dayanır. Müvafiq naziriklərin fəaliyyətsizliyi və gənclərin bilgisizliyi dayanır.

Eyni zamanda bu məsələlərdə Azərbaycanda düşmən mövqədə olanlar və yaxud elə yer üzündə dağıdıcı qüvvələrə xidmət edənlərin də marağı və fəaliyyətləri olur. Hər hansı bir ölkəni topla, tüfənclə dağıtmaq mümkün olmayan da, onun mədəniyyət sisteminə təsir eləyərək dağıdırlar. Tarixdə belə faktlar çoxdur. Ən parlaq nümunə, SSRİ-ni də bu cür dağıtdılar.

Ona görə bu məsələlər diqqət mərkəzində olmalıdır. Bunlar təsadüfə məsələlər deyil.

44 günlük müharibədə ermənilər və onların arxasındakılar gördülər ki, Azərbaycana top-tüfənglə qalib gələ bilməyəcəklər. Ölkədə narkotik maddələr, “patı”, “şüçə” yayılmağa başladı.  Bunun hüquq-mühafizə orqanları dərk elədilər, tez qabağını aldılar. Ondan sonra elmdə “yumşaq metod” deyilən  mətodlardan istifadə etməyə başladılar”, – ekspert bildirib.

Sosioloq hesab edir ki, geyim tərzində soyunmağa meyil yalnız qızlarda deyil, oğlanlarda da yaranıb.

“Sizə bir fakt deyim. Qışın ortasında təkcə qızlarımız soyunub çıxmırdı. Oğlanlarımıza da təsir eləmişdilər. Onlar elə bilirdi ki, bu, müasirlikdi, qışın ortasında, yanvar fevral ayında, ayaqqabını corabsız geyinib çıxırdılar küçəyə.

Bunlar hamısı ölkə əhalisinə, yeni nəslə qarşı keçirilən təxribat xarakterli dağılıcı planlardır. Bunları həvəsləndirirlər və bilgisiz gənslərimiz də bu tora düşür.

Baxın görün nə baş verir. Bunu moda hesab edirlər, baxırsan qışın ortasında adam üstündən bir şuba geyib ya qalın bir gödəkçə geyib, amma göbəyi açıqdır. Metroda, avtobusda, köçədə gəzirlər.

Statistika göstərir ki, bu qızların 80%-i xəstədir. Bu, təbiidir, qışın ortasında qarını açıq qoyanda daxil orqanlar soyuq çəkir, böyrək, qaraciyar və reproduktiv sağlamlıq orqanları, yəni nəsil artırma orqanları zədələnir, sıradan çıxır.

İndi bizim 80% qızlarımız  bu cür xəstələnir. Onların 40%-i sağalmır.

Bu 40% də ailə quranda 1 il, ilyarım, 2 il qalır həkim yanında, uşaqları olmur.

Onlara o qədər iyinə, dərman vırırlar, hormonları pozulur və xeyli xəstəlik tapırlar. Sonra da bir uşaq olanda hamı sevinir ki, həkim sağaltdı. uşaq oldu. Qalan 20-15%-i sonsuz olur.

İndi boşanmalar həddindən artıq çoxalıb. Mən məhkəmə işçiləri ilə bəzən söhbət edirəm. Məlum olur ki, boşanmaların bir çoxunda həmin o reproduktiv sağlamlıqa dəyən zərbələr də böyük rol oynayır.

İndi özünüz fikirləşin, nələr baş verir. Bu, sadəcə geyim deyil. Geyimin, dediyim kimi, üç şərti olmalıdır. O adam daha müasir geyinir ki, o geyim onun fiziki sağlamlığına ziyan gətirmir, mənəvi zənginliyinə bir az da zənginlik qatır, mənəviyyatında və bir əmək fəaliyyətində də mənfi rol oynamır. O, daha müasirdir”, – sosiloq fikirini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla