AZ

“Hizbullah” İsrailin artilleriya bazasına zərbələr ENDİRDİ

Şiə “Hizbullah” partiyasının silahlı qanadı Xirbet Maer sərhəd bölgəsində İsrail ordusunun artilleriya bazasına raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

İnterpress.az xəbər verir ki, bu barədə qurumun Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.

Məlumata görə, birbaşa zərbə nəticəsində İsrail əsgərləri ölüb və yaralanıb.

Mətndə Yuxarı Qalileydə Metula qəsəbəsi yaxınlığında düşmənin mexanikləşdirilmiş patrul dəstələrinin də atəşə tutulduğu bildirilir.

“İslam müqaviməti döyüşçüləri bu əməliyyatları düşmən qüvvələrinin Livanın cənubundakı mülki yaşayış məntəqələrinə hücumlarına cavab olaraq həyata keçirib”, – bəyanatda deyilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq