AZ

ABŞ-də atışma zamanı 3 zabit həlak olub

ABŞ-də

Vaşinqton, 30 aprel, AZƏRTAC

ABŞ-nin Şimali Karolina ştatının Şarlotte şəhərində baş verən atışma zamanı 3 zabit həlak olub, 5 polis yaralanıb.

AZƏRTAC-ın ABŞ bürosunun verdiyi məlumata görə, hadisə ABŞ Marşalları Operativ Qrupu şübhəli şəxsə qanunsuz odlu silah gəzdirməyə görə həbs orderi təqdim edərkən baş verib.

Polislər şübhəli şəxsin evinə yaxınlaşarkən içəridən atəş açılıb. Hadisə zamanı həlak olanlar ABŞ Marşalları Operativ Qrupunun üzvləridir. Hadisə zamanı şübhəli şəxs öldürülüb. Atışmada qarşı tərəfdə birdən artıq şəxsin iştirak etməsinə dair araşdırma aparılır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
3
Mənbələr
Şərh ()
Bağla