AZ

Kolumbiyada narkotik kartelinə qarşı əməliyyatda helikopter qəzaya uğrayıb, doqquz əsgər ölüb

Kolumbiyanın şimalında hərbi helikopter qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədəKolumbiya prezidenti Qustavo Petro "X"s əhifəsində məlumat verib.

Hadisə Bolivar departamentində baş verib.

Ölkənin ən böyük narkotik karteli olan "Gulf Clan"a (Körfəz Klan) qarşı əməliyyatda iştirak edən hökumət qoşunlarını təchiz edən helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər həlak olub.

"Gulf Clan" hazırda ölkənin ən böyük narkotik karteli olmaqla Kolumbiyanın tanınmış cinayətkar qruplaşmasıdır.

Onlar Kolumbiyada uzun illərdir davam edən daxili silahlı münaqişədə fəal iştirak edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
50
Mənbələr
Şərh ()
Bağla