AZ

“Bu il 600 minə yaxın toy gözlənilir” – Maraqlı statistika

“Bu il Türkiyədə 600 minə yaxın toy gözlənilir ki, bu da iqtisadiyyata təxminən 500 milyard lirə (15,4 milyard dollar) gəlir gətirəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənətkarlar Konfederasiyasının (TESK) rəhbəri Bendevi Palandöken bildirib.

Bununla belə, o, bir çox gənclərin işsizlik və iqtisadi səbəblərdən evliliklərini gecikdirə biləcəyini də qeyd edib. İnflyasiya səbəbindən ənənəvi olaraq türk toyunda alınan qızılın qiyməti kəskin artıb. Şadlıq sarayının icarəsi və məişət texnikası da bahalaşıb.

Türkiyədə toy üçün orta hesabla xərclər 500 min lirədən (15,4 min dollar) başlayır.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
Mənbələr
Şərh ()
Bağla