AZ

Edinburq hersoqu Ukraynaya səfər edib

Edinburq

London, 30 aprel, AZƏRTAC

Edinburq hersoqu Sofi Ukraynaya səfər edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bukinqem sarayı məlumat yayıb. Qeyd edilib ki, Edinburq hersoqu Sofinin səfəri Britaniya Xarici İşlər Nazirliyinin tələbi ilə baş tutub. O, Ukrayna prezidenti Volodimir Zelenski və birinci xanım Olena Zelenskaya ilə görüşüb. Sofi, Kral Çarlzın məktubunu və şəxsi mesajını onlara çatdırıb. Hersoq həmçinin Buçadakı kütləvi məzarlığa da baş çəkib.

Qeyd edək ki, Edinburq hersoqu Sofi münaqişə başlayandan Ukraynaya səfər edən Britaniya kral ailəsinin ilk üzvüdür.

Sofi Kral Çarlzın qardaşı, Edinburq hersoqu Edvardın həyat yoldaşıdır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
1
Mənbələr
Şərh ()
Bağla