AZ

Laçına köçən sakin: İllərdir bu günü gözləyirdim

“İllərdir bu günü gözləyirdim. Firavan günlərimiz bundan sonra daha çox olacaq”.

“İki sahil” xəbər verir ki,  bu sözləri Laçın şəhərinə qayıdan keçmiş məcburi köçkün Dursun Kərimova söyləyib.

Laçına qayıtmağın ən böyük arzusu olduğunu bildirən Dursun Kərimova ona bu xoş günləri yaşatmaqda əməyi olanları unutmayıb:

“Doğma el-obama qayıtdığım üçün sevinirəm. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşməni məğlub edərək torpaqlarımızı işğaldan azad edib. Vətən uğurunda canını və qanını əsirgəməyən qazilərimizə də şəfa, şəhidlərimizə rəhmət diləyirəm.

Mal-mülk heç nə torpağımız qədər önəmli deyil. Dövlətimiz Laçında, azad olunan ərazilərdə bizlər üçün çox gözəl şərait yaradıb. Amma bizim üçün ən önəmlisi torpaqlarımızın azad olunmasıdır. Mən beş qardaşımı itirmişəm Laçında. Ora gedib ən birinci torpağımızı qucaqlayıb öpəcəyik”.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla