AZ

Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...

 
Xəbər verildiyi kimi, dünən –aprelin 29-u axşam saatlarında Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistan Azərbaycanla şərti sərhəd yaxınlığındakı “Kirants” adlanmış Güney kəndində yaşayan erməni əhali ilə 2 saatdan çox davam edən görüşü başa çatıb. Bir sıra erməni nəşrləri görüşün nəticəsiz başa çatdığını, sakinlərin görüşdən məyus şəkildə qayıtdığını bildirib. Bəziləri bildirir ki, guya Azərbaycanla sərhəd Güney kəndinin ortasından keçəcək. Xüsusilə terrorçu eks-prezident, Xocalı canisi Robert Köçəryanın lideri olduğu “Hayastan” blokundan parlamentdə deputat olan Qeqam Nazaryan öz açıqlamasında bədbin fikirlər səsləndirib.
 
Moderator.az xəbər verir ki, Paşinyanın xanımı Anna Akopyanın baş redaktoru olduğu “Haykakan Jamanak” qəzeti bu mövzuda xeyli optimist məlumat yayıb.
 
“Məlumata görə, sakinlər suallarını verib, narahatlıqlarını bildiriblər və baş nazir cavab verib ki, bütün bu məsələlər hökumətdə müzakirə olunub.
 
Baş nazirin əsas mesajı ondan ibarət idi ki, bu məsələlərin həlli yollarını yalnız “yerdə işləmək”lə, sərhədlərin demarkasiyası işlərində fəal iştirak etməklə tapmaq olar ki, heç bir problem həll olunmamış qalmasın, problemlərə alternativ həll yolları tapılsın.
 
“Hayastan” fraksiyasının deputatı Qeqam Nazaryanın açıqlamalarına gəlincə, birincisi, o, iclasda iştirak etməyib, ikincisi, sərhədin Kirants kəndinin mərkəzindən keçə bilməsi yalandır, çünki belə bir sual iclasda müzakirə olunmayıb”, - erməni nəşri belə yazır.
 
S.Laçın
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
Mənbələr
Şərh ()
Bağla