AZ

Milli Məclisin deputatları Tailandda görüşlər keçirib -

Milli Məclisin deputatları Tailandla parlamentlərarası əlaqələr üzrə işçi qrupu “Tailand-Azərbaycan ticarət imkanları 2024” layihəsi ilə bağlı müzakirələrdə iştirak etmək üçün 21-27 aprel tarixlərində Tailandın paytaxtı Banqkok şəhərində səfərdə olublar.Metbuat.az xəbər verir ki, Tailandda səfərdə olan Milli Məclisin deputatları, parlamentlərarası dostluq qrupunun üzvləri Rüfət Quliyev, Rauf Əliyev, Müşfiq Cəfərov səfər çərçivəsində Tailand İnvestisiya Şurasında görüşdə iştirak ediblər. Səfər zamanı həmçinin Tailand Xarici İşlər Nazirinin müavini və Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov millət vəkilləri ilə görüşüb.

Milli Məclisin deputatları Tailand Sappai Sapasatan Parlamentini ziyarət edib, dostluq qrupunun Tailandlı üzvləriylə görüşüblər. Görüş çərçivəsində Tailand parlamentinin sədri və Nümayəndələr Palatasının spikeri cənab Vanmuhamadnur Matha ilə görüş və parlamentin rəhbəri tərəfindən ziyafət təşkil olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
42
Mənbələr
Şərh ()
Bağla