AZ

Azərbacyan və Əlcəzair Ali Məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. Trend:

2024-cü ilin 27 və 28 aprel tarixlərində AzərbaycanRespublikasının Ali Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının sədri İnamKərimov Əlcəzair Xalq Demokratik Respublikasında səfərdə olub.

Trend xəbər verir ki, İnam Kərimov Əlcəzair Xalq DemokratikRespublikasının Ali Məhkəməsinin yaradılmasının 60 illiyimünasibətilə müxtəlif ölkələrin Ali Məhkəmələrinin sədrlərinin vərəsmi nümayəndələrinin qatıldığı beynəlxalq konfransda iştirakedib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsininsədri ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar vəədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində,xüsusilə məhkəmələrin rəqəmsallaşması sahəsində görülmüş işlərbarəsində ətraflı məlumat verib. Bildirilib ki, digər sahələrdəolduğu kimi, məhkəmə sahəsində də rəqəmsallaşma dövlət siyasətininprioritet istiqamətlərindəndir.

Konfrans çərçivəsində həmçinin ikitərəfli görüşlər keçirilərək,qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikirmübadiləsi aparılıb.

Səfərin ikinci günü İnam Kərimovla Əlcəzair Xalq DemokratikRespublikasının Ali Məhkəməsinin sədri Tahar Mamouni arasındaikitərəfli görüş keçirilib. Tahar Mamouni ötən il Bakıya etdiyisəfəri xatırladaraq Azərbaycan Respublikası Ali Məhkəməsi iləəməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib və hər iki ölkəninməhkəmələri arasında əməkdaşlıq perspektivlərinə toxunub.

Səfər çərçivəsində ədalət mühakiməsinin inkişafı, iki dostdövlətin məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsivə əlaqələrin dərinləşdirilməsi məqsədilə AzərbaycanRespublikasının Ali Məhkəməsi və Əlcəzair Xalq DemokratikRespublikasının Ali Məhkəməsi arasında Anlaşma Memorandumuimzalanıb.

Görüşlərdə Azərbaycan Respublikasının Əlcəzair Xalq DemokratikRespublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev dəiştirak edib.

Azərbacyan
Azərbacyan
Azərbacyan
Azərbacyan

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
12
Mənbələr
Şərh ()
Bağla