AZ

Matteys de Liqt: “Nə vaxtsa “Ayaks”a geri dönəcəyəm”

“Bayern”in niderlandlı mərkəz müdafiəçisi Matteys de Liqt yenidən “Ayaks”da oynamaq istədiyi haqda söhbət açıb.

Arena.az xatırladır ki, De Liqt 2016-2019-cu illərdə yetirməsi olduğu Niderland nəhəngi “Ayaks”ın heyətində çıxış edib.

“Mən “Ayaks”a geri dönməyi mütəmadi düşünmüşəm və ümidvaram ki, bir gün bu, baş verəcək. Onun əsas komandasında üç il keçirmişəm – nisbətən qısa, çünki o vaxt “Ayaks”da azacıq daha çox vaxt keçirəcəyimi gözləyirdim. Ancaq işlər başqa cür gətirdi və nə vaxtsa “Ayaks”a qayıtmaq imkanım olsa, həqiqətən də yenidən orada oynamaq istərdim. Amma bunu dəqiq söyləmək mümkün deyil”, – “Ayaks”ın rəsmi saytı De Liqtdən sitat gətirir.

De Liqt futbola 2009-cu ildə “Abkaude” klubunda qədəm qoyub və həmin il buradan “Ayaks”ın futbol akademiyasına yol tapıb, əsas heyətə düşüb. Ardınca 2019-2022-ci illərdə “Yuventus”da çıxış edən De Liqt 2022-ci ilin iyulunda 67 milyon avro məbləğ müqabilində “Bayern”ə keçib. Niderlandlı müdafiəçinin Almaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə De Liqt “Bayern”in heyətində bütün yarışlarda 27 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. De Liqt “Bayern”lə Almaniya Bundesliqasının (2022/2023) və Almaniya Super Kubokunun (2022/2023) qalibi olub.

Matteys de Liqt 2017-ci ilin martında debüt etdiyi Niderland yığmasının heyətində 44 oyun keçirib, 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla