AZ

Azərbaycan çempionatında azarkeşlər hakimləri döyməyə cəhd edib

Azərbaycan çempionatının Həvəskar Liqasında qalmaqal baş verib.

İdman.biz xəbər verir ki, hadisə AHFF-nin birinciliyinin I turu çərçivəsində keçirilən “Ərkivan” (Masallı) – “Şirvan” oyununda baş verib.

Matçın 2-ci hissəsinin əlavə vaxtında “Ərkivan”ın azarkeşləri hakimlər briqadasını vurmağa cəhd ediblər. AFFA yaşananları müzakirə edərək hadisəyə hüquqi qiymət verib.

İntizam Komitəsi “Ərkivan”ı cəzalandırıb. Masallı təmsilçisi növbəti 3 oyunu azarkeşsiz keçirəcək.

İdman.biz

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
5
Mənbələr
Şərh ()
Bağla