AZ

Turizmin inkişafını sürətləndirmək üçün hansı işlər həyata keçirilir?

Azərbaycan ilin bütün fəsillərində turizmin müxtəlif növləri üçün əlverişli şəraitə və müvafiq infrastruktura malikdir. Son vaxtlar isə ölkəmizdə turizmin bu sahəsinin gələcək inkişafı istiqamətində mühüm addımlar atılır.  

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə il ərzində Azərbaycan turizm sənayesi nümayəndələrinin xarici turizm sərgilərində iştirakı təmin edilir. Turizm sərgilərində Azərbaycanın turizm imkanları geniş ziyarətçi kütləsinə nümayiş olunur, həmçinin Azərbaycan turizm təmsilçiləri ilə xarici turizm sənayesi nümayəndələri arasında B2B (Biznesdən biznesə) formatlı görüşlər, təqdimat tədbirləri, seminarlar keçirilir. 

Bunu “İki sahil”in sorğusuna cavabında  Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bildirib.  

Həmçinin Azərbaycan Turizm Bürosu tərəfindən "Facebook", "Instagram" və "Twitter" platformalarındakı "Experience Azerbaijan" səhifəsi vasitəsilə ölkəmizin turizm imkanlarını geniş auditoriyaya təqdim olunur. Bundan əlavə, qurum tərəfindən sosial şəbəkələrdə marketinq reklamları yerləşdirilir, eləcə də turizm platformaları ilə əməkdaşlıq çərçivəsində təbliğat tədbirləri həyata keçirilir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla