AZ

Paris-2024 təhlükədə

Paris-2024 Yay Olimpiya Oyunlarının keçirilməsi təhlükə atına düşüb.

İdman.biz xəbər verir ki, buna Fransada denqe qızdırmasının yayılması səbəb olub.

Bu il 1679 belə yoluxma qeydə alınıb. Bir il əvvəl müvafiq dövrdə 131 xəstəlik aşkarlanmışdı. Virus ölkənin epidemiyaya məruz qalan departamentləri Martinika və Qvadelupadan mərkəzə qədər gəlib çatıb. Fransanın səhiyyə xidmətləri Olimpiada dövründə istənilən infeksiya ilə mübarizəyə hazır olduqlarını açıqlayıblar.

Qeyd edək ki, Olimpiada iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla