AZ

Toylarda niyə zəhərlənirik? - Baku City Hospitalın həkimi sirləri açdı!

İnsanların zəhərlənməsinə səbəb 95 % hallarda şəxsi gigiyena qaydalarına əməl edilməməsidir. Bu sözləri Sağlamolun.az-a açıqlamasında "Baku City Hospital"ın qastroenteroloqu Türkan Alyarova deyib.
Həkim bildirib ki, ola bilər məhsul təhlükəsizlik göstəricilərinə uyğun olaraq hazırlansın amma ictimai iaşə obyektlərində işləyən insanarın səhlənkarlığı nəticəsində zəhərlənməyə səbəb olsun: "Bu hallar xüsusilə toy məclislərində, restoranlarda, kafelərdə, yas mərasimlərinin keçirildiyi yerlərdə olur. Qidalar hazırlanarkən əllərdə, əşyalarda olan ziyanlı mikroorqanizmlər qidaya düşür və həmin qida isti mühitdə saxlanıldığı zaman bakteryalar qidalanıb çoxalır. Nəticədə toksinləri, yəni, daxilində saxladığı zərərli maddəni qidalara buraxır. Həmin qidadan istifadə edən insanlarda da zəhərlənmə müşahidə edilir. Eyni zamanda şəxsi gigiyena ilə yanaşı mikrobların qidaya keçməməsi üçün də tədbirlər görülməlidir". Həkim vurğulayıb ki, zəhərlənmənin qarşısını almaq üçün ikinci vacib məqam bişirilmiş qidanın saxlanma temperatoruna düzgün əməl olunmasıdır: "Bişmiş qida mümkün qədər tez qəbul olunmalıdır. Əgər gec istifadə olunacaqsa, mütləq bu qida soyuducuda saxlanılmalıdır. Hazır qidanı 5-6 dərəcədən artıq temperatorda saxlamaq olmaz". "Əlavə olaraq xüsusi yerlər var ki, ictimai iaşə obyektləri üçün kustar üsulla sərinləşdirici və spirtli içkilər hazırlayırlar. Hətta üzərlərinə doğru hazırlanırmış kimi etiketlər də vurulur. Bunlar da kustar üsulda hazırlandığına görə sanitar, gigiyena qaydalarına əməl olunmur. Bu da həmin içkilərdən istifadə zamanı kütləvi zəhərlənmələrə səbəb olur. Bu kimi hallardan qorunmaq üçün mütləq ictimai yerlərdə yediklərinizə və içdiklərinizə diqqət edin" - deyə həkim fikrini tamamayıb.

Saglamolun.Az





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla