AZ

MBA-nın iki oyunu Parisdə keçiriləcək

“San Antonio Spörs” və “İndiana Peysers” 2025-ci ildə Parisdə iki oyun keçirəcək. Viktor Vembanyama və komandası 2025-ci il yanvarın 23 və 25-də Fransanın paytaxtında İndiana təmsilçisi ilə müntəzəm mövsümün oyunlarında üz-üzə gələcək.

“Beynəlxalq oyunlar sayəsində Fransada, Avropada və dünyada çoxlu azarkeşlərimiz var. Biz belə bir hadisə ilə bu bağı gücləndirməkdən və fransalı azarkeşlərimizlə həm meydançada, həm də meydandan kənarda görüşməkdən məmnunuq”, – deyə San Antonio komandasının baş meneceri bildirib.

İndiana klubunun prezidenti Kevin Pritçard da deyilənlərə əlavə olaraq bunları söyləyib: “Peysers bütün dünyada azarkeşlər tərəfindən dəstəklənir və biz MBA-nın hər bir kəs üçün əlçatan olmasını diləyir,  bu işləri genişləndirmək səylərinin bir hissəsi olmaqdan özümüzü xoşbəxt hiss edirik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla