AZ

2-ci liqada 23-cü tura yekun vurulur - YENİLƏNİR

Dünən futbol üzrə ölkə çempionatında 2-ci liqada 23-cü tur start götürdü.

Lider “Baku Sportinq” “Kür-Araz”ı darmadağın edərək ən yaxın izləyicisi “Füzuli” ilə aradakı xal fərqini 6-ya çatdırdı. Autsayderlərdən “Şəmkir” “Göygöl”ün qapısından üç cavabsız qol keçirdi. “Kürmük Qax” isə səfərdə “Lerik”lə bacarmadı. Şəkidə baş tutan görüşdə sevinən tərəf qonaqlar oldu. Belə ki, “Cəbrayıl” qələbə qazanaraq yenidən turnir cədvəlində 2-ci pilləyə yüksəldi. Tura bu gün keçiriləcək üç matçla yekun vurulacaq. “Ağdaş” doğma meydanda “Qusar” səddini keçməyə, “Şəfa” isə “Dinamo”nu məğlub edib sonuncu pillədən yaxa qurtarmağa çalışacaq. Turun mərkəzi görüşü “Şahdağ Qusar”la “Füzuli” arasında baş tutacaq.

29 aprel
Baku Sportinq – Kür-Araz 5:0
Elməddin Hüseynzadə, 31. Röyal Nəcəfov, 42; 79. Comərd Baxşəliyev, 46. Məhəmməd Xəlilov, 83.

Şəmkir – Göygöl 3:0
Məzahir Əhmədov, 31. Hikmət Verdiyev, 57-öz qapısına. Kənan İbişov, 70.

Lerik – Kürmük Qax 2:0
Rəvan Quluzadə, 8; 35.

Sheki City – Cəbrayıl 1:3
Tural Məmmədzadə, 33-p - Tapdıq Əhmədov, 12. Elşad Əliyev, 13. Nurlan Quliyev, 65.

30 aprel
Ağdaş - Qusar
Ağdaş. Şəhər stadionu. Saat 16.00.

Şəfa - Dinamo
Binə. Qəsəbə stadionu. Saat 16.00.

Şahdağ Qusar - Füzuli
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.30.

Xal durumu: Baku Sportinq – 55, Cəbrayıl, Füzuli – 49, Şahdağ Qusar – 47, Qusar – 42, Sheki City, Kür-Araz – 35, Göygöl – 32, Dinamo – 24, Ağdaş – 20, Lerik – 19, Şəmkir – 16, Kürmük Qax, Şəfa – 14.
Bombardir: Tural Qurbatov (Şahdağ Qusar) - 27.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla