AZ

Makron Si Cinpin vasitəsilə Putinə təsir etməyə çalışır

Bu fikirlər "Bloomberg"də dərc olunan məqalədəndir. Nəşr öz mənbələrinə istinad edib.

Zelenski Makronun təklifini etibarsız saydı
“Prezident Emmanuel Makron Çin rəhbərinin Fransaya iki günlük səfəri zamanı Si Cinpinlə şəxsi münasibətlərini dərinləşdirməyə çalışacaq. O, Çin liderindən Vladimir Putini Rusiyanın Ukraynadakı müharibəyə son qoymağa çağırmağı xahiş edəcək”, - agentlik yazıb.

Mənbə qeyd edib ki, Makron belə bir siyasi strategiya ilə paralel olaraq Fransanın elektrikli avtomobillər üçün akkumulyator istehsalı sektoruna Çin investisiyalarını cəlb etməyə də çalışır.

Nəşr Si Cinpini Avropa ölkələrinə səfəri çərçivəsində Parisdəki Yelisey sarayında keçiriləcək şam yeməyində məhz bu mövzularda geniş müzakirələr gözlədiyini yazıb.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski bir neçə gün öncə Makronun Yay Olimpiya Oyunları zamanı Rusiya ilə atəşkəsin əldə edilməsi təklifini mənasız adlandırmışdı.

Martın 17-də Makron Rusiya rəhbərliyinə Olimpiya Oyunları zamanı atəşkəs rejiminin yaradılması təklifi ilə bağlı planlarını açıqlamışdı. Daha sonra o, bu təşəbbüsün həyata keçirilməsi üçün məsələnin Çin lideri Si Cinpinlə müzakirə etmək niyyətində olduğunu bəyan edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural Tağıyev
AzVision.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
44
Mənbələr
Şərh ()
Bağla