AZ

Məhsulu da kinosu kimidir:Xərçəng yaradan hind

Qurum onların ölkədə satışına qadağa qoyulmasına istisna etmir.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Qeyd edilir ki, son zamanlar Hindistan məhsullarında xərçəng yaradan pestisidlərin normadan çox olması barədə məlumatlar yayılır.

Milyarderlərin sayına görə Asiyada lider olan şəhər
"Biz bu məsələni həll etmək beynəlxalq tərəfdaşlarla, həmçinin Avstraliyada əlavə tədbirlərin görülməsinin lazım olub-olmadığını müəyyən etmək üçün federal, əyalət və ərazi qida tənzimləyiciləri ilə işləyirik", - "Reuters" Avstraliyanın qida tənzimləyicisinin bəyanatından sitat gətirib.

Mümkün addımlar arasında Avstraliya agentliyi Hindistan məhsullarının geri çağırılmasını istisna etməyib: "Avstraliyada satılan qida məhsullarının emalı üçün etilen oksidinin istifadəsi qadağandır".

Xatırladaq ki, bundan əvvəl Honq-Konq və Sinqapurda Hindistanın iki ədviyyat şirkətinin- "MDH" və "Everest"in fəaliyyəti qadağan olunmuşdu. Onlar da məhsullarında etilen oksiddən istifadə etmişdilər. Hindistanın Qida Təhlükəsizliyi və Standartları İdarəsi isə ədviyyatlarda zərərli maddələrin olub olmamasını yoxlamaq üçün bütün yerli markaların ədviyyatlarından kütləvi şəkildə nümunələr götürməyə başladığını bəyan etdi. Bununla belə, "MDH" öz məhsullarında xərçəng yaradan pestisidlərin olması ilə bağlı iddiaları rədd etdi.

Hindistan dünyanın ən böyük ədviyyat istehsalçısı, istehlakçısı və ixracatçısı sayılır. Dehli qara bibər, çili bibərinin tozu, qara zirə, zerdeçal, darçın, karri tozu, hil, muskat qozu və digər ədviyyatları ixrac edən əsas mərkəz sayılıb.
Tural Tağıyev
AzVision.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla