AZ

Avtomobil hərracında yeni FIRILDAQ

Bu informasiya Rusiya saytlarında çıxıb, amma azərbaycanlılar da analoji fırıldaqla rastlaşa bilər. 

Avtosfer.az xəbər verir ki, indi bəzi ölkələrdə kriptovalyuta ilə avtomobil satışı hərracları təşkil olunur. Sopsial şəbəkə üzərindən yayılan bu saxta hərraclarada iştirak edənlər həm pulundan olur, həm də maşın əldə edə bilmir. 
Mexanizm dəs adədir: “hərraca” qoşulan internet istifadəçisi ilə dərhal hansısa “menecer” əlaqəyə girir və hansıdildə daha rahat danışdığını soruşur. MDB mənakı üçün adətən rus dili istifadə edilir. “Menecer” istifadəçiyə kriptovalyuta ilə ticarət qaydalarını öyərədir və müəyyən fırıldaqla onu tora salır. Belə “hərracların” əsas xüsusiyyəti qiymətlərin aşağı olmasıdır. 
Rusiyada artıq analoji hallar olduğu üçün avtomobil jurnalistləri həyəcan təbili çalırlar. Azərbaycanda da belə bir fırıldaqla kiminsə üzləşməyəyinə heç kim zəmanət vermir.

VÜQAR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla