AZ

“Lester Siti” çempion oldu, “Mançester Siti”nin rekordunu qırdı

“Lester Siti” İngiltərə Çempionşipinin 2023/2024 mövsümünün qalibi olub və növbəti mövsümdə İngiltərə Premyer Liqasında çıxış edəcək.

Arena.az məlumat verir ki, “Preston”la səfər oyununda 3:0 hesablı qələbə qazanmış “tülkülər” üçün bu qələbə dördqat əlamətdar olub.

Belə ki, Lester təmsilçisi sadəcə qələbə qazanmaqla, Premyer Liqaya vəsiqə qazanmaqla, Çempionşipin qalibi olmaqla yanaşı, həm də Çempionşipi ən çox qazanmış klub kimi adını tarixə yazıb.

Bu qalibiyyət lesterlilərin Çempionşipdə 8-ci uğurudur. Beləliklə, “tülkülər” “Mançester Siti” ilə ortaq olduqları rekordu qıraraq, mütləq nəticəyə imza atıblar. “Şəhərlilər”in Çempionşipdə 7 çempionluğu var.

İtalyan mütəxəssis Entso Mareskanın çalışdırdığı “Lester Siti” Çempionşipin yarış cədvəlində 45 oyundan 97 xalla zirvədə qərarlaşıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla