AZ

Ermənistan prezidenti 4 kəndin qaytarılmasını dəstəkləyib - “Belə yaşamaq qeyri-mümkündür...”

“Təəssüflər olsun ki, biz problemləri gələcəyə buraxırdıq və hətta bunu bir neçə dəfə açıq şəkildə bəyan etmişik. Həll edilməmiş Qarabağ problemindən söhbət açılanda, məlum tezis var idi: daha 100 il belə yaşaya bilərik. Gördük ki, 100 il belə yaşamaq qeyri-mümkündür... Təhdidləri vaxtında aradan qaldırmağı bacarmaq lazımdır. İndi vaxt yetişib və biz bu istiqamətdə gedəcəyik”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan yerli kanalların birinə müsahibəsində Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına dair razılaşmanı şərh edərkən deyib.

O, Paşinyan hökumətinin bu istiqamətdəki fəaliyyətini alqışlayıb və bunları “cəsarətli addımlar” adlandırıb.

Xaçaturyan Ermənistan vətəndaşlarını hakimiyyətə etibar etməyə və bir çox hallarda onların hissləri ilə oynamaq məqsədi daşıyan təxribatlara uymamağa çağırıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla