AZ

Məşhur mafioz "gümüş toyu"nu bu kilsədə etdi: Görün orada kim dəfn olunub

Məşhur mafioz "gümüş toyu"nu bu kilsədə etdi: Görün orada kim dəfn olunub

Məşhur Siciliya mafiya başçısına avtomobilinin mafiya tərəfindən partladılması nəticəsində öldürülən müstəntiqin dəfn olunduğu kilsədə "gümüş toy" etməyə icazə verilib.

Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Palermodakı katolik din xadimləri bu qərardan məəttəl qalıblar və mafiya ilə əlaqəli bir sıra cinayətlərə görə 12 illik həbsdən sonra bu yaxınlarda azadlığa çıxan Tommaso Lo Prestinin kimliyi haqqında heç bir təsəvvürlərinin olmadığını söyləyiblər.

İtaliya mətbuatında "Cosa Nostra'nın ən məşhur cütlüyü" kimi təsvir edilən Lo Presti və həyat yoldaşı Teresa Marino aprelin 15-də Palermonun tarixi mərkəzindəki San Domeniko kilsəsində təşkil olunan dəbdəbəli mərasimlə evlilik andlarını təsdiqləyiblər.

Adı çəkilən kilsə Palermo Katedralindən sonra şəhərin ikinci ən əhəmiyyətli bazilikasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla