AZ

Dava edəndən sonra qucaqlaşın



Şəxsi münasibətlərdə mübahisədən sonra mütləq qucaqlaşıb sakitləşin.
Bu münasibətləri bərpa etməyə kömək edər.


“Medicina” xəbər verir ki, ABŞ universitetinin psixoloqları yeni elmi tədqiqatla bu metodun effektini araşdırıblar.

Onlar 400 kişi və qadını müsahibəyə çəkiblər.

Onlardan 2 həftə ərzində özlərini necə hiss etdikləri, nə qədər mübahisə etdikləri barədə soruşulub.


Nəticələr göstərib ki, hər mübahisədən sonra qucaqlaşan, bir-birinin əlini sıxan insanlar psixi olaraq daha sağlamdır və özlərini xoşbəxt hiss edirlər.
Analiz göstərib ki, qucaqlaşmaqla əhval-ruhiyyə arasında əlaqə var.


Qucaqlaşmanın pozitiv effekti bir neçə saatdan bir neçə günə kimi davam edir və hər iki tərəfin konfliktdən sonra əhvalının yaxşı olmasını təmin edir.


Bu məlumatlar onu sübut edir ki, bədəfn təması sakitləşdirici təsir edir.
Belə münasibət psixoloji və fizioloji stresin ağır fəsadlarının qarşısını alır və münasibətləri xilas edir.


Aygün M

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla