AZ

Göyçayda oğul atasını döyərək öldürübVİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Göyçayda yaşlı kişi döyülərək öldürülüb.

Xezerxeber.az-ın məlumatına görə, polisə rayon sakini 63 yaşlı Eynulla Əhmədovun ölməsi barədə məlumat daxil olub.

Araşdırma zamanı müəyyən edilib ki, 35 yaşlı Kamal Əhmədov rayonun Qaraxıdır kəndi ərazisində atası Eynulla Əhmədovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Nəticədə ata almış olduğu xəsarətlərdən ölüb.

İddiaya görə, hadisəni törətməkdə şübhəli bilinən şəxsin psixoloji problemləri olub. O da iddia olunur ki, Kamal evə gec gəldiyinə görə atası onunla mübahisə edib və hadisə də bundan sonra baş verib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işinin istintaqı aparılır.

Kamal Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla