AZ

Futbol tarixinin ən qürursuz qolu - FOTO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Dünya futbol tarixinin ən mühüm hadisələrindən biri olan mundialda iştirak etmək uğrunda yarışan Sovet İttifaqı və Çili yığması qarşılaşmasının hekayəsi çox maraqlıdır.


Sfera.az bu maraqlı hadisə haqqında yazı təqdim edir.

 

1974-cü ildə Qərbi Almaniyada keçiriləcək Dünya Çempionatına Avropadan 8, Cənubi Amerikadan 2 komanda birbaşa vəsiqə qazanacaq, hərəsindən bir komanda arasında final matçları keçiriləcək və qalib komanda Dünya Çempionatına vəsiqə qazanacaqdı. 


1974-cü il dünya çempionatına vəsiqə qazanmaq üçün seçmə oyunda Çili və Sovet İttifaqı qarşılaşdı.


11 sentyabr 1973-cü ildə Çilinin qanlı faşist diktatoru Augusto Pinoçet 1970-ci ildə azad seçkilərlə hakimiyyətə gələn sosialist Salvador Alyende hökumətini qanlı çevrilişlə devirmiş, çevrilişə müqavimət göstərərkən minlərlə insan işgəncələrə məruz qalmış, həmçinin minlərlə insan və Allende özü də öldürülmüşdü.


Sovetlər Pinoçet hökumətini tanımadı və Çili ilə bütün diplomatik əlaqələri kəsdi.

 

Sentyabrın 26-da, yəni çevrilişdən 15 gün sonra Moskvada (Sovetlər Alyendenin müttəfiqi idi) ərəfə matçının ilk oyunu keçirilməli idi!

 

Xarici mətbuata məlumat sızmasından qorxan Sovet rejimi son anda Çili yığmasının Moskvaya gəlməsinə icazə verib.


Moskvada keçirilən ilk qarşılaşma gərgin mübarizə şəraitində keçib, jurnalistlərin və kameraların stadiona girişi qadağan edilib və oyun 0:0 hesabı ilə bitib.


İkinci oyun isə Santyaqodakı "Estadio Nacional"da keçirilməli idi. Yüzlərlə siyasi məhbusun işgəncələrə məruz qaldığı və öldürüldüyü bu stadionda sovetlər oynamaqdan imtina etdi. O, matçın neytral ölkədə olmasa da, Çilidən başqa hər hansı bir stadionda keçirilməsini tələb edib. FİFA və Çili isə bütün təklifləri rədd edib.

 

Sovet İttifaqı FİFA-nın qərarlarına reaksiya verəndə və öz futbolçularını Çiliyə göndərmədikdə, FİFA Çilinin bu matçda 2:0 hesablı qələbə qazandığını elan edib. Bununla belə, FİFA oyunun elan olunan gün və saatda simvolik olaraq oynanılacağını açıqlayıb. Çili yığması dolu tribuna önündə meydana rəqibsiz çıxıb.


Avstriyalı referi Erix Linemayr start fitini çalıb, çilili futbolçular start qolunu vurduqdan sonra da yarı boş meydançada dolanaraq qollarını “sovet”in qapısına vurdular.

 

Çili milli komandasının ulduzları Ceszaly və Veliz meydançada qaçmaqdan imtina edib, qaçan dostlarına baxır. 

 


Eyni stadionda dəhşətli işgəncələrə məruz qalaraq qətlə yetirilən Çilili musiqiçi Viktor Jara öldürülməzdən əvvəl yazdığı “Estadio Chile” adlı şeirin/mahnının ingiliscə versiyası var. Bu mahnı Amerikalı musiqiçi Pete Seeger tərəfindən oxunur. Maraqlananlar üçün link təqdim edirik:

 

 

Aysel

Sfera.az

Seçilən
98
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
111
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
103
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
95
BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
91
Azərbaycanda bu məhsul bahalaşdı
87
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
83
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
80
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
76
Həlak olan şəxslər sabah dəfn olunacaq
76
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
67
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
63
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
61
Helikopter qəzası ilə bağlı yeni xəbər
59
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
57
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
55
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
54
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
51
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
46
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
42
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
41