AZ

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Rekord.az xəbər verir ki, ilk matçda "Bayern" Almaniyada İspaniyanın "Real" klubunu qəbul edib.

Qarşılaşma məhsuldar heç-heçə ilə başa çatıb. Tərəflər arasında cavab görüşü mayın 8-də olacaq.

Digər yarımfinal matçında Almaniyanın "Borussiya" (Dortmund) klubu Fransa çempionu PSJ-ni qəbul edəcək.

UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu

30 aprel

“Bayern” (Almaniya) - “Real” (İspaniya) 2:2
Qollar: Sane, 53. Keyn, 57 – Vinisius, 24; 83-pen.
Baş hakim: Kleman Turpen (Fransa).
Münhen, “Alyans Arena” stadionu.

Seçilən
90
4
Mənbələr
Şərh ()
Bağla