AZ

D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

D

Bakı, 1 may, AZƏRTAC

Xərçəngin müalicəsində D vitamininin yeni faydası müəyyənləşib.

AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, bağırsağın bir növünü gücləndirdiyi müşahidə edilən vitamin immunoterapiyaya daha yaxşı cavab verir.

Əvvəlki tədqiqatlar D vitaminini müxtəlif xərçənglərin qarşısının alınması və müalicəsi ilə əlaqələndirib. Yeni araşdırmada immunitet sistemindən faydalanaraq orqanizmin xərçəngə qalib gəlməsinə kömək edən immunoterapiya adlı müalicə metodunda bu vitaminin rolu müəyyənləşib. Tədqiqatın bir hissəsi olaraq, siçanları D vitamini ilə zəngin bir pəhrizlə bəsləyən alimlər, heyvanların immun sisteminin xərçəngə daha yaxşı müqavimət göstərdiyini və immunoterapiyaya daha yaxşı cavab verdiyini müşahidə ediblər. Onlar bunun D vitamininin bağırsaqda bakteriyaların miqdarını artırması nəticəsində baş verdiyini açıqlayıblar. D vitamininin xərçəngin qarşısının alınmasında və ya müalicəsində faydalı olduğunu qəti şəkildə söyləmək üçün daha çox araşdırmaya ehtiyac olduğu diqqətə çatdırılıb.

ABŞ-da yerləşən Saint John Xərçəng İnstitutundan cərrah-onkoloq dr. Anton Bilçik bildirib ki, D vitamininin xərçənglə mübarizədə rolu məlumdur, lakin yeni araşdırmalar bu mexanizmin aşkara çıxarılmasında əhəmiyyətlidir: “Daha da əhəmiyyətlisi, immunoterapiyanın D vitamini ilə birlikdə daha təsirli ola biləcəyini göstərir. Beləliklə, bunlar tamamilə yeni müəyyən edilmiş mexanizmlərdir. Xərçəng riskini azaltma ehtimalı istisna olmaqla, D vitamini səviyyəsi normadan aşağı düşməməlidir. Bu vitamin osteoporoz riskini azaltmaqda mühüm rol oynayır”.

 

 

Seçilən
139
1
Mənbələr
Şərh ()
Bağla