AZ

Yevseyev: “İrəvanın necə reaksiya verəcəyi son dərəcə maraqlıdır”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“ABŞ Qərbin Ermənistan-Azərbaycan danışıqlarında iştirak etməməsindən narahatdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiyalı politoloq Vladimir Yevseyev bildirib.

“Qərb narahatdır ki, Rusiya gözlənilmədən tərəflər arasında danışıqlara müdaxilə edə bilər. Ona görə də Praqa razılaşması əsas götürülür. Lakin nədənsə 9 noyabr sənədi məsələsini gündəmə gətirən Azərbaycan da daxil olmaqla, artıq bu barədə heç kim danışmır. Başqa bir sual ondan ibarətdir ki, bir sənəddən digər sənədə keçmək yaxşıdır, yoxsa pis, amma indiki geosiyasi prosesin aydın məntiqi və yanaşması olmadığı üçün bu da fakt kimi qəbul edilir. Bu, Rusiyanın danışıqlar çətirindən Qərbə keçmək və fərqli məzmunlu sənədi qəbul etmək kimi qəbul edilir”, – deyə analitik bildirib.

Onun sözlərinə görə, bu narahatlıqlar Qazaxıstanda ikitərəfli formatda baş tutacaq danışıqlarla bağlıdır.

Rusiyalı hərbi-siyasi analitik həmçinin hesab edir ki, ABŞ-ın Ermənistan hakimiyyətinə dəstəyi tamamilə başa düşüləndir, çünki onlar Rusiyanı regiondan sıxışdırıb çıxarmaq məqsədi daşıyan ABŞ-ın maraqlarına tam uyğun siyasət yürüdürlər.

“Bu, sistemli prosesdir və Qərb perspektivinə görə, bir çox elementlərdən ibarətdir: bütün münaqişələrin həlli, Rusiyanın mövcudluğunun geri çəkilməsi. Bütün bu hissələrdə Ermənistanın siyasəti Qərbin maraqlarına uyğundur. Belə olan halda Qərb üçün Ermənistanın nəyi qəbul edib-etməməsi önəmli deyil, önəmli olan nizamlanma, problemlərin aradan qaldırılmasıdır ki, Ermənistan hökuməti də məhz bunu etməyə çalışır. Güzəştlər heç vaxt davamlı sülhə səbəb olmur. Uzunmüddətli sülh tarazlıq və kompromis yolu ilə əldə edilir. Ona görə də bütün bunların aydın izahı var”, – analitik bildirib.

O hesab edir ki, xarici işlər nazirlərinin Qazaxıstanda gözlənilən görüşü danışıqlar aparan tərəflərin nöqteyi-nəzərindən səmərəli olacaq, çünki sərhədin demarkasiyası ilə bağlı ilk qərarlar, Ermənistanın prosesin Azərbaycanın istənilən regionundan başlaması ilə bağlı razılığı həm rəsmi İrəvanı, həm də Bakını qane edir.

“İndiki mərhələdə tərəflər arasında müəyyən qarşılıqlı anlaşma var, lakin Azərbaycanın başqa tələbləri də var ki, bu da dəhliz məsələsinə və Ermənistan konstitusiyasına aiddir. İrəvanın bütün bunlara necə reaksiya verəcəyi son dərəcə maraqlıdır, çünki hər müntəzəm həll variantından sonra Azərbaycan yeni tələblər irəli sürür və bu, artıq sonsuz proses kimi görünür”, – analitik qeyd edib.

Yevseyev Rusiya prezidentinin Moskvada keçirilən andiçmə mərasimində Ermənistan hakimiyyətinin iştirakını istisna etmir, baxmayaraq ki, münasibətlər yumşaq desək, gərgindir.

Onun sözlərinə görə, axı bu ölkə Aİİ-nin üzvüdür, Aİİ tədbirlərindən əl çəkməyib, KTMT-dən çıxmayıb, Qərbdən zəmanət almayıb.

“Bir daha deyirəm ki, imkanı olsaydı, Ermənistan KTMT-dən çıxmaq prosesinə başlayardı”.

Natiq Səlim,

KONKRET.az

Seçilən
126
Mənbələr
Şərh ()
Bağla