AZ

“Qəbələ” bütün legionerlərlə vidalaşacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Qəbələ” rəhbərliyi heyətlə bağlı ciddi islahatlara hazırlaşır. Komandada çıxış edən bütün legionerlər yola salınacaq.

Futbolinfo.az xəbər verir ki, hətta komandanın Premyer Liqada saxlanılması da heç nəyi dəyişməyəcək. Elitada komanda sayının artırılması və “Qəbələ”yə güzəşt edilməsi belə əcnəbilərə olan münasibəti dəyişməyəcək. Komandanı sonuncu pillədən qurtarmağı bacarmayan futbolçulara etimad göstərilməyəcək.

“Qəbələ” I Liqaya düşəcəyi halda əksər təcrübəli yerli futbolçularla da yollar ayrılacaq. Klub rəhbərliyi akademiyanın yetirmələrinə güvənmək niyyətindədir. Hətta cari mövsümün formallığa çevrilən son turlarında da bölgə təmsilçisinin meydana legionerlərsiz, gənc yerlilərlə çıxması mümkündür.

Baş məşqçi Kaxaber Sxadadzenin taleyi isə bəlli deyil. Komanda I Liqaya düşəcəyi halda gürcü məşqçinin yola salınacağı dəqiqdir, amma Premyer Liqada yola davam edilsə belə, Kaxanın gedişi mümkündür. Rəhbərlik onun heç nəyi dəyişə bilməməsindən, qələbəyə həsrət qalmasından narazıdır. Etimad limitini dolduran Sxadadzenin aqibəti daxili məsləhətləşmələrdən sonra dəqiqləşəcək.

Seçilən
97
Mənbələr
Şərh ()
Bağla