AZ

“Qarabağ”a vurulan 3 qol ən dəyərlilər siyahısında

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

2023-2024 mövsümündə iştirak etdiyi turnirlərin heç birində indiyə qədər məğlubiyyət üzü görməyən Almaniyanın “Bayer” klubu bir neçə dəfə son anda xilas olub.

Futbolinfo.az xəbər verir ki, Almaniya mətbuatı Leverkuzen təmsilçisinin yenilgidən qurtulduğu və ya qələbə qazandığı matçlardakı son dəqiqə qollarını sıralayıb.

Reytinqə əsasən, “Bayer” bu baxımdan ən dəyərli son dəqiqə qollarından 3-nü Avropa Liqasında “Qarabağ”ın qapısından keçirib. Qrup mərhələsi çərçivəsində Bakıda keçirilən görüşün 90+4-cü dəqiqəsində Viktor Bonifeysin 90+4-cü dəqiqədəki qolu almanlara 1:0 hesablı qələbə qazandırıb. Bu, “Bayer”in ən dəyərli 10-cu qolu sayılıb.

Reytinqin ilk iki sırasında da “Qarabağ”la görüşlərdəki toplar göstərilib. 1/8 final mərhələsinin Bakıdakı oyununda Patrik Şik 90+2-ci dəqiqədə komandasının uğurlu seriyasının qırılmasına mane olub. Leverkuzendəki cavab qarşılaşmasında isə çexiyalı forvard 90+3 və 90+8-ci dəqiqələrdə fərqlənib. Bunlar “Bayer”in cari mövsümdəki ən dəyərli qolları hesab olunur.

“Bayer”in siyahının ilk “10-luğ”una düşən digər qolları Bundesliqada vurulub.

Qeyd edək ki, bu komandalar arasında Bakıdakı oyun 2:2 hesabı ilə yekunlaşıb, Leverkuzendəki görüşdə almanlar 3:2 hesablı qələbə qazanıblar. Qrup matçlarının hər ikisində isə almanlar üstün olub – 5:1, 1:0.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla